Rusiya koronavirus pandemiyası ilə bağlı Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana uçuşlara qoyulan məhdudiyyətləri ləğv edib.
Bu barədə məlumatı Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) yayıb.
Bildirilir ki, 2022-ci il martın 9-u Rusiya hökumətinin qərarına əsasən, sözügedən ölkələrə müntəzəm və qeyri-müntəzəm reyslərə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Reyslər qarşılıqlı əsasda həyata keçiriləcək.