Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Rusiya Qarabağdakı qüvvələrini bura gətirib, hamısı məhv ediləcək" - Oleksiy Arestoviç

"Rusiya Qarabağdakı qüvvələrini bura gətirib, hamısı məhv ediləcək" - Oleksiy Arestoviç

Müharibənin əvvəlində Rusiya tərəfindən Ukraynaya 90-dan çox taktiki qrup batalyonu gətirilib. Onlardan demək olar ki, 15-i tamamilə məhv edilib, 20-dən çoxu isə döyüş qabiliyyətini itirərək yararsız hala düşüb. 

Ölkə.az xəbər verir ki, bu barədə Ukrayna televiziyasının efirində Prezident Ofisinin müşaviri Oleksiy Arestoviç bildirib.

"Onların hələ də müəyyən qədər ehtiyatı qalıb. Onlar indi əlavə ehtiyat toplayırlar, sülhməramlıları Abxaziyadan, Dağlıq Qarabağdan çıxararaq bura gətirirlər. Qismən səfərbərlik adı altında bura müəyyən sayda hərbçi cəlb etməyə və burada taktiki qrupun 20-30 batalyonunu bərpa etməyə çalışırlar. Amma belə insanların döyüş qabiliyyətini əvvəldən təxmin etmək olar”,- deyə Aretoviç bildirib.

 

O, əlavə edib ki, Rusiyanın uğur qazandığı istiqamətlərdə növbəti hücum cəhdi olacaq: Mariupol, Xarkov vilayəti və ola bilsin ki, Kiyev vilayəti ətrafında yeni cəhdlər ola bilər.

 

"Amma onlar düşüncəsiz olduqlarına görə yenə də hər şeyi səhv şəkildə edəcəklər, o zaman bu ehtiyatlar da itiriləcək. Bu qüvvələr döyüşə atıldıqdan sonra 10 gün, bəlkə də 1 həftə ərzində məhv ediləcəklər. Hücum cəhdinin başlanması isə 2-3 həftə çəkə bilər. Bundan sonra onlar "dovşan" kimi qaçacaqlar, çünki döyüşməyə heç bir şey qalmayacaq",- deyə Arestoviç proqnoz edib.

 

O həmçinin bütün hücum variantlarına hazıq olduqlarını vurğulayıb. "Ukrayna Silahlı Qüvvələrinə qarşı Rusiyanın növbəti hücum cəhdi bizim üçün çox asan olacaq",- deyə Prezident Ofisinin müşaviri yekunlaşdırıb.

 

Xatırladaq ki, Rusiya Kiyev ətrafına böyük qüvvə cəmləşdirsə də, itimiqyaslı hücuma hələ də cəhd etmir. Əvvəlki günlərdə bir neçə dəfə Kiyevə soxulmaq istəyən Rusiya konvoyları ağır itki verərək geri çəkiliblər. Hazırda Rusiyanın Kiyevi hansı şəkildə ələ keçirməyi planlaşdırğı tam aydın deyil. Bununla belə, Ukrayna hökuməti bildirib ki, Rusiyanın bütün planları barədə məlumatları var və Ukrayna ordusu bütün variantlara hazırdır.