"Ukrayna millətçiləri könüllü şəkildə silahı yerə qoymasalar, onları cəza tədbirləri gözləyir”.
Publika.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov öz Teleqram kanalında qeyd edib.
Kadırov "bütün nasistlərə, banderaçılara və şeytanlara” müraciət edərək bildirib ki, Ukraynada hərbi əməliyyatlar çərçivəsində mühasirəyə alınan şəhərlərin əraziləri bir-bir təmizlənir: "Gizləndiyiniz yerlərdən istədiyiniz qədər hürə bilərsiniz, nə fiziki, nə də mənəvi cəhətdən daha çox şeyə qadirsiniz. Bir-bir ərazilər təmizlənir və tezliklə növbə sizə çatacaq. Ya könüllü olaraq silahlarınızı yerə qoyaraq layiqli cəzanı qəbul edəcəksiniz, ya da biz onu sizin əlinizdən alıb özümüz cəza tədbirləri görəcəyik”, - Çeçenistan rəhbəri bildirib.
O, həmçinin çeçen xüsusi təyinatlılarının daha çox ukraynalı "radikalları” ələ keçirdiyini qeyd edib.