London şəhərində məşhur barın zirzəmisini təmir edən fəhlələr dəhşətli halla rastlaşıblar.
Lent.az-ın xəbərinə görə, zirzəmini təmir edən fəhlələr soyuducunun yerini dəyişmək istəyərkən onun içərisində meyit aşkar ediblər.
Hadisə yerinə gələn polis üçün meyitin şəxsiyyətini müəyyən etmək çətinlik yaratmayıb. Məlum olub ki, bu, 2012-ci ildə itkin düşmüş 70 yaşlı London sakinidir. Onun hansı şəraitdə öldüyü araşdırılır.