Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Rusiya bir ayda 16 mindən çox hərbçisini itirib” - Zelenski

“Rusiya bir ayda 16 mindən çox hərbçisini itirib” - Zelenski

Bir aydır davam edən Rusiya-Ukrayna müharibəsində rus ordusunun 16 min canlı qüvvəsini itirdiyi bildirilir.

 

“Qafqazinfo” xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibənin 31-cü günündə açıqlamada bunu deyib:

“Rusiyanın itkiləri 16 min nəfəri keçib. Əsgərlərimiz Rusiyanın hücumlarının qarşısını alaraq, Rusiya rəhbərliyini sadə və məntiqli bir fikrə yönəldir: Biz danışmalıyıq. Təcili, ədalətli və nəticəyönümlü danışmalıyıq".

Ukrayna Baş Qərargahı isə bir gündə Rusiya ordusuna aid daha 42 hərbi maşının məhv edildiyini bildirib. Açıqlamada məhv edilən maşınlar arasında 3 təyyarə, 3 pilotsuz uçuş aparatı və 8 tankın olduğu qeyd edilib. Ukrayna baş nazirinin müavini İrina Vereşçuk isə son sutkada iki humanitar dəhlizin fəaliyyət göstərdiyini və bu dəhlizlər vasitəsilə 7331 ukraynalının təhlükəsiz bölgələrə təxliyə edildiyini deyib.