Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sevgilisi hamilə Rihannaya Əminə ilə xəyanət etdi - AYRILIQ YAŞANDI

Sevgilisi hamilə Rihannaya Əminə ilə xəyanət etdi - AYRILIQ YAŞANDI

Hamilə olan amerikalı müğənni Rihannanın reper sevgilisi A$AP Rocky-dən (əsl adı Rakim Mayers) ayrıldığı iddia olunur.

Bu barədə dəb inflüyenseri Luis Pizano tviterdə yazıb.

 

Yayılan məlumata görə, reper Rihannaya dizayner Əminə Muaddi ilə xəyanət edib.

Rihanna adıçəkilən dizaynerin brendinin fanatıdır və tez-tez onun hazırladığı ayaqqabıları geyinir.

Cütlük şayiələri şərh etməyib.

Daha əvvəl reperin digər xəyanəti barədə şayiələr dolaşmağa başlamışdı. Rihanna rəfiqəsi Megan Thee Stallion-u (əsl adı Meqan Covon Rut Pit) instaqramdan izləmədən çıxarmış, özünün “Savage & Fenty” brendinin səhifəsindən Meqanın şəkillərini silmişdi. KİV-in ehtimalına görə, Rihanna A$AP Rocky-nin onunla eşq yaşamasından şübhələnib.  

Qeyd edək ki, Rihannanın hamilə olması bu ilin yanvarında məlum olub. Müğənni artıq bu halı ilə bir neçə dəfə fotosessiya etdirib.