İngiltərədə ortaya çıxan və qısa müddətdə 12 ölkədə görülən və mənşəyi məlum olmayan hepatit virusu daha bir ölkədə aşkarlanıb.
AZXEBER.COM xəbər verir ki, virus indi də Kanadada ortaya çıxıb.
Kanada Səhiyyə Agentliyi bununla bağlı bəyanat verib: "Kanada Səhiyyə Agentliyi ölkə gənclər və uşaqlar arasında yayılan, mənşəyi bilinməyən ağır kəskin hepatit virusunun ortaya çıxması hallarından xəbərdardır”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ABŞ, İngiltərə, İspaniya, İsrail, Danimarka, İrlandiya, İtaliya, Norveç, Fransa, Rumıniya, Belçika və Hollandiyada da mənşəyi bilinməyən hepatit aşkarlanıb.