Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İqlim böhranı tamamilə yeni epidemiyalara gətirib çıxaracaq - Qorxunc xəbərdarlıq...

İqlim böhranı tamamilə yeni epidemiyalara gətirib çıxaracaq - Qorxunc xəbərdarlıq...

Heyvanlar arasında virusların dövr etməsi onlardan hansınınsa insanlara keçməsinə və koronavirusa bənzər yeni epidemiyanın baş qaldırmasına gətirib çıxaracaq.

Moderator.az xəbər verir ki, bu barədə "Nature" jurnalında məlumat verilib.

Məqalə müəllifinin sözlərinə görə, alimlər çoxdan bəri xəbərdarlıq edib ki, qlobal istiləşmə epidemiyaların ehtimalını artıra bilər. Məsələn, malyariya başqa rayonlara da yayıla bilər, çünki bu xəstəliyin ötürücüləri olan ağcaqanadlar öz həyati məkanını genişləndirir və əvvəllər olmadığı yerlərə gedib çatır. İqlim böhranı həmçinin tamamilə yeni epidemiyaların baş qaldırmasına gətirib çıxara bilər. Bunun da nəticəsində növbəti 50 ildə minlərlə virus bir növ məməlidən digərinə miqrasiya edə bilər.

"Biz bilirik ki, müxtəlif növ heyvanlar yeni rayonlara yerdəyişmə edir. Miqrasiyadan sonra ehtimal ki, bu viruslar başqa növlərə keçəcək", - bunu Corctaun universiretindən bioloq, yeni tədqiqat müəllifi Kolin Karson deyib.

Belə bir keçidin nə demək olduğunu anlamaq üçün Karson və onun həmkarları kompüter modelini yaradıb, qlobal istiləşmədən əziyyət çəkən dünyada virusların potensial çoxalma imkanını təsvir ediblər. 

Tədqiqatılar minlərlə növ məməlilərin öz yaşayış mühitini 2070- ci ilədək necə dəyişməsini proqnozlaşdırmağa cəhd edib.

Bu proqnozlara görə, bir çox növ məməlilər ekvatorun isti rayonlarından uzaqlaşacaq və özlərinə daha rahat yaşayış mühiti axtaracaq. Bəzi heyvanlar təpələrə və dağlara çıxa bilər və daha sərin rayonlar axrarışında ola bilər. Müxtəlif növlər bir- birilə ilk dəfə təmasda olanda, hər bir növün öz orqanizmində gəzdirdiyi viruslar özü üçün yeni gəzdirici axtara bilər və nəzarətsiz çoxala bilər.

 

Belə məməlilərdən biri də insan ola bilər.