Putinin "xaç qızı" Kseniya Sobçakın agent olduğu iddia edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bir müddət Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı ilə tanınan və hətta onun xaç qızı olduğunu iddia edən Kseniya Sobçak barəsində istintaq başladılıb.
Rusiyada olduqca məşhur olan Sobçakın agent olduğu sübut olunarsa, "xarici agent" damğası alacaq.
İngiltərə mətbuatında yer alan xəbərə görə, Kseniya Sobçakın Putinə qarşı çıxması və müharibə əleyhinə açıqlamalar verməsindən sonra Rusiya lideri ilə xaç qızı arasında problemlər yaranmağa başlayıb.
Kseniyanın atası Anatoli Putinin hüquq professoru və müəllimi olub. İndi isə Putinə qarşı müxalif mövqedə olduğu iddia edilən bu adların Kremli izlədiyi iddia edilib.
Ölkədəki xarici fondların monitorinqini aparan qurumun rəhbəri Aleksandr İonov bildirib ki, Sobçakın gəlirlərinin xaricdən maliyyələşib-maliyyələşdirilmədiyini öyrənmək üçün yoxlamaya başlanılıb.