Avropada yayılan və ABŞ-a də keçən yeni virus eşidənləri dəhşətə gətirib.
AZXEBERCOM xarici mediaya istinadən xəbər verir ki, "meymun çiçəyi" adı verilən virus sürətlə yayılmağa başlayıb.
İngiltərədə virusuna yoluxma halları 9-a yüksəlib. İspaniya və Portuqaliyada meymun çiçəyi virusu hallarına qarşı həyəcan təbili çalınıb.
Virusun ABŞ və Kanadada da aşkarlandığı açıqlanıb. Böyük Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) virusun yolxuculuq qabiləyyətinin yüksək olduğunu və insandan insane keçdiyini qeyd edib.
Mərkəzi və Qərbi Afrikada meymundan insana keçən endemik virusun yaratdığı nadir xəstəlik olan meymun çiçəyi İspaniyanın paytaxtı Madriddə 8, Portuqaliyanın paytaxtı Lissabonda 5 nəfərdə aşkarlandığı açıqlanıb.
Onu da qeyd edək ki, meymun çiçəyi xəstəliyinin ən çox rast gəlinən simptomları dəri səpkiləri və qabarcıqları, qızdırma, bel və əzələ ağrısı, limfa düyünlərinin şişməsidir.