 
                                    
                        Dünya şöhrətli 34 yaşlı müğənni Rihanna ana olub.
SHOWNEWS.AZ xəbər verir ki, sənətçinin mayın 13-də repçi nişanlısı Eysap Rokidən (Rakim Mayers) oğlu dünyaya gəlib.
Müğənni hələlik ana olması barədə açıqlama verməyib.
Qeyd edək ki, alış-veriş zamanı çəkilən fotolardan ifaçının qızının olacağı iddia olunmuşdu. Müğənni hamiləlik dövründə övladının cinsiyyətini açıqlamağa hazır olmadığını və gender şənliyi təşkil etmək istəmədiyini bildirmişdi.
 
             
                     
                     
                     
         
             
             
             
             
             
             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            



