Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sürətlə yeni virus yayılır: Cinsi əlaqə zamanı keçir - "Meymun çiçəyi"nin ƏLAMƏTLƏRİ

Sürətlə yeni virus yayılır: Cinsi əlaqə zamanı keçir - "Meymun çiçəyi"nin ƏLAMƏTLƏRİ

Bir neçə gün ərzində üç qitədə müşahidə edilən "Meymun çiçəyi" virusu sürətlə yayılmaqdadır.

Bizim.Media BBC-yə istinadən xəbər verir ki, virus son olaraq Almaniyada aşkarlanıb. Münhen şəhərində yaşayan ali məktəb tələbəsindən götürülmüş qan nümunəsində "Meymun çiçəyi" tapılıb.

Fransa Səhiyyə Nazirliyi də bu gün 29 yaşlı bir kişinin virusa yoluxduğunu açıqlayıb.
İspaniyada isə "Meymun çiçəyi"nə yoluxanların sayı 21 nəfərə çatıb. Bu gün paytaxt Madriddə daha 14 nəfərin virus daşıyıcısı olduğu təsdiqlənib.

"Meymun çiçəyi" aşkarlanan ölkələr: ABŞ, Kanada, Avstraliya, Böyük Britaniya, İspaniya, Portuqaliya, İtaliya, İsveç, Belçika, Fransa Almaniya.

VİRUSUN ƏLAMƏTLƏRİ

Qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və zəifliklə müşahidə edilən "Meymun çiçəyi" insandan insana, heyvandan insana keçə bilir.
Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan daxil ola bilər. Cinsi əlaqə zamanı birbaşa təmas yolu ilə də ötürülür.

"Meymun çiçəyi" həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlar vasitəsilə və ya yataq dəsti, paltar kimi əşyalarla təmas yolu ilə də yayıla bilir.

Qızdırma azaldıqdan sonra, adətən üzdə başlayan və daha sonra bədənin digər hissələrinə, əksər hallarda ovuclara və ayaqlara yayılan səpgilər əmələ gəlir.

Çox qaşıntılı olan səpgilər qabığa çevrilir və müxtəlif mərhələlərdən keçdikdən sonra azalır. Yaralar izlər buraxa bilər.

Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika ştammları.

TƏHLÜKƏLİDİR?

Əksər hallarda virusa yoluxanlarda yüngül formada olur. Virus bəzən suçiçəyi xəstəliyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur.
Ancaq bəzən daha ağır ola bilər. Daha əvvəl Qərbi Afrikada ölümlərə səbəb olduğu bildirilib.

Qeyd edək ki, sözügedən virus ilk dəfə meymunda aşkar edilib. 1970-ci ildən bəri 10 Afrika ölkəsində bununla bağlı epidemiyalar yaşanıb.

MÜALİCƏSİ VARMI?

Meymun çiçəyinin müalicəsi yoxdur, lakin virusun yayılmasının qarşısını almaqla epidemiya halını almasını əngəlləmək olar.

Çiçək xəstəliyinə qarşı peyvəndin bu  virusun qarşısının alınmasında 85 faiz effektiv olduğu sübut edilib.