Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Meymun çiçəyi"nə görə karantin tətbiq edilə bilər

"Meymun çiçəyi"nə görə karantin tətbiq edilə bilər

Koronavirus epidemiyasında olduğu kimi, meymun çiçəyi xəstəliyi üçün də karantin qaydalarının tətbiqi gündəmdədir.

 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, dünyada meymun çiçəyi xəstəliyinə qarşı tədbirlər gücləndirilib.

Sürətlə yayılan yoluxma halları mütəxxəssisləri narahat edib. Artıq Avropada yoluxma sayı 100-ü ötüb. İspaniya, Portuqaliya, Belçika, Hollandiya, İsveç, Fransa, Almaniya və İtaliya da xəstəliyə qarşı tədbirlər sərtləşdirir. Koronavirus epidemiyasında olduğu kimi, meymun çiçəyi xəstəliyi üçün də karantin qaydalarının tətbiqi gündəmdədir.

 

Xəstəlik daha çox tənəffüs damcıları və ya yaxın dəri təması ilə ötürülür. İlkin simptomlara qızdırma, baş ağrısı, əzələ ağrıları, şişkin limfa düyünləri, titrəmə və yorğunluq daxildir. Bir neçə gün sonra isə dəridə səpkilər əmələ gəlir.