Meymunçiçəyi infeksiyası "mavilər" arasında daha sürətlə yayılır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Journal of Infection" jurnalında dərc edilmiş araşdırmada bildirilir. Qeyd olunur ki, infeksiya Afrika ölkələrindən start götürsə də, heç vaxt isti qitədə olmayan şəxslərdə də aşkarlanıb.
"Qeyri-ənənəvi oriyentasiyalı kişilər arasında xəstəliyin yayılmasının artması müşahidə edilir. Britaniyada aparılmış tədqiqat bunu göstərir. Tədqiqatın obyekti biri infeksiyaya yoluxan iki ağdərili britaniyalı olub. Onlar bu yaxınlarda Böyük Britaniyanı tərk etməyiblər. Onlar münasibətdə olandan 10 gün sonra digər kişidə infeksiya aşkarlanıb. Hər iki xəstənin ayaqlarında və cinsiyyət orqanlarında yaralar aşkarlanıb. Onların vəziyyəti pisləşib, xəstəxanaya yerləşdiriliblər", dəy məqalədə bildirilir.
Alimlərin fikrincə, meymunçiçəyinə yoluxma riski hər yaşda cinsi aktiv insanlar üçün yüksəkdir.
Tədqiqatçılar virusun üçüncü dərəcəli patogen olduğu üçün tibb işçilərinin müvafiq mühafizə, təlim və müalicə ilə təmin edilməsinin vacibliyini vurğulayıblar.