Evlərinin eyvanında cinsi əlaqədə olan qadın həbs edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Honq-Konqda evlərinin eyvanında cinsi əlaqədə olan cütlük haqqında ictimai əxlaqa zidd hərəkət etdikləri üçün istintaq başladılıb.
Honq-Konqda bir evin eyvanında lentə alınan görüntülər ölkə daxilində müzakirələrə səbəb olub. Təxminən 17 saniyə davam edən videoda balkonda yarıçılpaq qadın və çılpaq kişinin cinsi əlaqədə olduğu əks olunub.
Qadın həbs olunub, lakin kişiyə qarşı hər hansı tədbir görülüb-görülmədiyi məlum deyil. Cütlüyün görüntüləri sosial şəbəkə izləyicilərini iki yerə bölüb.
Bəziləri vəziyyəti əxlaqsızlıq kimi qiymətləndirir. Digərləri isə daha mülayim yanaşaraq hər kəsin şəxsi evində istədiyini edə biləcəyinə diqqət çəkib.