 
                                    
                        
	Rusiyada "Coca-Cola" məhsullarının istehsalçıları və distribyutorlarının daxil olduğu "Coca-Cola HBC AG" şirkəti Rusiyada brend içkilərin satışını və istehsalını dayandıracaq.  
	
	Bu barədə şirkətin ABŞ-dakı baş qərargahı açıqlama yayıb.
	Açıqlamada "Coca-Cola HBC AG"-nin anbarlarının tükəndiyi bildirilir:
	
	"Bundan sonra "Coca-Cola HBC" artıq Rusiyada şirkətin heç bir məhsulunu istehsal etməyəcək və satmayacaq".
	
	Qeyd edək ki, may ayında "The Coca-Cola Company"nin baş direktoru Ceyms Kuinsi sərinləşdirici şirkətin Rusiya bazarını tərk edəcəyini istisna etməmişdi.
 
             
                     
                     
                     
         
             
             
             
             
             
             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            



