Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Şakiraya daha bir xəyanətin üstü açıldı: "Tez-tez ombamla maraqlanırdı”

Şakiraya daha bir xəyanətin üstü açıldı: "Tez-tez ombamla maraqlanırdı”

Bir neçə gün əvvəl dünya şöhrətli müğənni Şakiranın xəyanətə görə ayrıldığı futbolçu sevgilisi Jerar Pike ifşa olunub.

Axşam.az xəbər verir ki, brazilyalı model Suzi Kortez bir müddət əvvəl "Barselona"nın müdafiəçisi Pikenin instaqramda ona yazdığını etiraf edib:

"İndiyədək Şakiraya hörmət etdiyim üçün susdum, amma artıq danışmaq istəyirəm. Şakira bu yaşanan hadisələrə layiq deyil. Braziliyada olduğum zaman mənə Avropaya nə vaxt qayıdacağımla bağlı ismarıclar yazırdı. Göndərdiyi mesajları hər gün silirdi. Messinin formasını geyindiyim çılpaq şəklimi qısqandığını deyirdi. Tez-tez ombamla maraqlanırdı və gerçək olub-olmadığını soruşurdu. Pike qadınları xoşbəxt etməyi yaxşı bilir. Mənə çiçəklər göndərirdi, telefon aldı. Saçlarımı sarı və qıvrım etməyimi istədi, amma etmədim".

 

Qeyd edək ki, Şakira və Pike 11 ildir ki, münasibətdə idilər. Onların iki oğlu var.