Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Maşında unudulan 5 yaşlı uşaq istidən öldü

Maşında unudulan 5 yaşlı uşaq istidən öldü

37 dərəcəni keçən temperaturda saatlarla avtomobildə unudulan 5 yaşlı uşaq dünyasını dəyişib.

 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatında baş verib.

Hyuston şəhərində 5 yaşlı uşağın anası digər 8 yaşlı qızı ilə ad günü partisi üçün alış-verişə gedib. Ana evə qayıdanda hər iki uşağın özlərinin maşından düşdüyünü düşünüb və gecəyə hazırlaşmaq üçün evə daxil olub.

 

Amma 2-3 saatdan sonra 5 yaşlı uşağın evdə olmadığını görüb və onu axtarmağa başlayıb. Daha sonra maşında baxdıqda oğlunu təhlükəsizlik kəmər taxılmış vəziyyətdə və hərəkətsiz halda tapıb və onun öldüyü müəyəynləşib.

 

Hadisə ilə bağlı araşdırmalar aparılır.