Rusiya Prezidenti Vladimir Putinin mühafizəçisi olan və özü ilə “nüvə çamadanı”nı daşıyan Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin evində başından güllələnib.
Bu haqda "Mirror” nəşri xəbər verir ki, hazırda 53 yaşlı zabit ağır vəziyyətdə reanimasiyadadır.
Məlumata görə, Zimini iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində qardaşı tapıb. Onun yanında “İj 79-9TM” markalı travmatik tapança olub.
Qeyd edək ki, Zimin gömrük xidmətində işə başlayandan sonra rüşvət almaq ittihamı ilə açılan cinayət işinin istintaqı çərçivəsində ev dustaqlığında olub. “Qırmızı düymə” adlanan (nüvə silahının işə salınmasına səbəb olan qurğu) portfelə görə məsuliyyəti vaxtilə məhz Zimin daşıyırdı.