Türkiyədə Murat Demir adlı bir şəxs iki gün əvvəl ailə həyatı qurduğu Keziban Demiri qətlə yetirib.
SHOWNEWS.AZ xəbər verir ki, hadisə Konyada baş verib.
Məlumata görə, ilk olaraq 52 yaşlı Murat Demirlə 45 yaşlı yeni həyat yoldaşı Keziban Demir arasında mübahisə yaranıb.
M.Demir mübahisə zamanı həyat yoldaşını bıçaqlayıb. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. M.Demir polis tərəfindən saxlanılıb.
Bildirilir ki, bu, Murat Demirin 2-ci, Keziban Demirin isə 3-cü evliliyi olub.