Çimərlikdə şortunu çıxaran gənc ətrafdakılar tərəfindən döyülüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Sakarya şəhərinin Karasu qəsəbəsində iki nəfər çimərlikdə şortlarını çıxarmaları səbəbiylə vətəndaşların reaksiyası ilə üzləşib.
Belə ki, çimərlikdə 2 nəfər naməlum şəxsin dənizdə şortlarını çıxararaq ətrafdakı qadınlara hörmətsiz hərəkətlər etdiyi iddia edilib. Ətrafdakıların reaksiyasından sonra qaçan şəxslərdən biri vətəndaşlar tərəfindən tutularaq döyülüb. Digəri isə dənizdə açıq yerə qaçaraq boğulmaq təhlükəsi ilə üzləşib.
Xəbərdarlıq üzərinə əraziyə gələn xilasedicilər şəxsi dənizdən çıxararaq sahildə qoyublar. Hadisə yerinə gələn polis qrupları vəziyyətə müdaxilə edərək şəxsləri saxlayıb.
Həmin anlar kamera ilə saniyə-saniyə lentə alınıb.