Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Baba nəvəsinə 6 ildir təcavüz edibmiş: Qızın müəllimi hər şeyi ortaya çıxardı

Baba nəvəsinə 6 ildir təcavüz edibmiş: Qızın müəllimi hər şeyi ortaya çıxardı

İzmirdə baba nəvəsinə təcavüz edib.

 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İzmirin Buca rayonunda lisey şagirdi yaşadığı cinsi zorakılığı müəlliminə danışıb. 9 yaşında babasının ona təcavüz etdiyini və bu prosesin 6 il çəkdiyini deyən B.Ç müəlliminin göstərişi ilə babası M.E.Ç-dən şikayət edib.

Hadisə 2013-cü ildə baş verib. İddiaya görə, M.E.Ç-nin həmin vaxt 9 yaşı olan nəvəsi B.Ç-yə 6 il ərzində cinsi təcavüz edib. B.Ç bütün başına gələnləri lisey müəlliminə danışıb. Müəllim B.Ç-nin anasına zəng edərək şikayət etmələrini istəyib. 

 

Uşaq Nəzarət Mərkəzində bununla bağlı ifadə verib:

 

"Valideynlərim hər zaman növbəli işlədiyi üçün mən nənəmin evində qalırdım. Gecələr babamla yatanda mənə təcavüz edirdi. Sonra mənə pul verirdi”.

 

Məhkəmə babanın "12 yaşına çatmamış uşaqlara qarşı cinsi istismar” cinayətinə görə ən azı 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.