Türkiyədə sənətçi İbrahim Tatlısəsin məşhurlaşdırdığı müğənni Engür Kalenderin evindən iki yük maşını zibil çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.
Bildirilib ki, psixoloji problemləri olan Engür Kalenderin anası ilə birlikdə İstanbulda yaşadığı evini bələdiyyə işçiləri təmizləyib. Qonşuların sözlərinə görə, evdə nə su, nə də işıq var. Heyvan zibilləri və kiflənmiş əşyalarla dolu evdən hətta ölü pişik balaları da çıxıb.