Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Dedi qızına fahişəlik etdirib, pul qazanacağam" - Kürəkənini öldürən qayınata

"Dedi qızına fahişəlik etdirib, pul qazanacağam" - Kürəkənini öldürən qayınata

Kürəkənini öldürən qayınata qandonduran iddia irəli sürüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, kürəkənini tapança ilə vuraraq öldürən İsmail Demir onun qızını fahişəliyə məcbur etdiyini iddia edib. 

İsmail Demir Halil Ağbaşın onu hədələyərək 5 min lirə pul tələb etdiyini bildirib. 

Pulu verməkdən imtina edəndə kürəkəninin ona "O zaman qızını fahişəlik edib ayda 20 min lirə qazandıracağam” dediyini iddia edən Demir bu sözə görə cinayət törətdiyini bildirib.

İsmayil Demir hadisənin planlaşdırılmadığını söyləyib:

"Qızım yoldaşını şikayət etmək üçün polis idarəsinə gedirdi, mən də onu tək qoymamaq üçün ardınca gedirdim. Yolda olarkən oğlumun maşınının motosikletə çırpıldığını gördüm. Hadisəni anlamağa çalışarkən, oğlum "ata, Halil səni öldürməyə gəldi” dedi. Bu zaman Halilə bir neçə dəfə atəş açdım”.

Hadisə ilə bağlı araşdırmalar davam edir.