 
                                    
                        Cennifer Lopezin özünə rəqqas seçərkən fikir verdiyi ilk nüansın onun bürcü olduğu bildirilib.
OLAY yazır ki, bu barədə “Glee” serialının aktrisası Heter Morris məlumat verib.
O bildirib ki, Lopez Qız bürcü olan rəqqasları rədd edib.
“Asistentinə fısıldadı, onlara baxdı və “Gəldiyi üçün təşəkkür edirəm” dedi”, - deyə Heter söyləyib.
 
             
                     
                     
                     
         
             
             
             
             
             
             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            



