 
                                    
                        
	Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan sülh müqaviləsindən danışıb.
	
	Bizim.Media TASS-a istinadən xəbər verir ki, Rusiya XİN nümayəndəsi bununla bağlı Rusiyanın rəsmi Bakı və İrəvanla əməkdaşlığı, fəallığı və iş rejiminin tempi azaltmadığını deyib: 
	 
"Son bir neçə ildə yüksək və ali səviyyədə, diplomatlar və qurumlararası və yeni formalaşdırılan təmaslar mexanizmləri səviyyəsində təmasların intensivliyi bunu bir daha təsdiq edir".
	
	O, Rusiya XİN-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıda səfərdə olduğunu bildirib. Onun sözlərinə görə, rusiyalı diplomat Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması perspektivlərini müzakirə etmək üçün Bakıya gedib: 
	
	“Yaxın vaxtlarda Xovayev bu məqsədlə İrəvana səfər etməyi planlaşdırır”.
 
             
                     
                     
                     
         
             
             
             
             
             
             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            



