Roma Papası Fransisk dünyanı nüvə müharibəsindən xilas etmək üçün Məryəmə dua etməyə çağırıb.
Bunu şənbə günü pontifik Papa Elmlər Akademiyasının planer iclasının iştirakçıları ilə görüşdə deyib.
“İki faciəli dünya müharibəsindən sonra belə görünürdü ki, dünya insan hüquqlarına və beynəlxalq hüquqa, eləcə də qarşılıqlı fəaliyyətin bütün formalarına hörmət etməyi öyrənib. Amma təəssüflər olsun ki, indi biz geriləmə əlamətlərini görürük. İndi nəinki köhnə konfliktlər şiddətlənir, həm də millətçilik hissləri inkişaf edir, təcavüzlər, insanların əziyyət çəkdiyi və dağıntı gətirən üstünlük uğrunda müharibələr yaranır”, - deyə Frankiks bildirib.
Mənbə: TASS