İstanbulun Sarıyer bölgəsində yerləşən ticarət mərkəzlərinin birində silahlı insident baş verib.
Türkiyənin “NTV” telekanalı xəbər verir ki, ticarət mərkəzinin kafesində əyləşən iki qrup arasında mübahisə düşüb. Mübahisə daha sonradan silahlı insidentə qədər böyüyüb.
Hadisə nəticəsində 4 Azərbaycan, 1 Türkiyə və 1 İran vətəndaşının yaralandığı bildirilir.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd olunub.
Hazırda polis mübahisədə iştirak edən digər şəxslərin axtarışını davam etdirir.