İngiltərənin “The Sun” qəzeti Rusiya Prezidenti Vladimir Putinin avtomobilinə bombalı hücumun təşkil edildiyini iddia edib.
“Qafqazinfo” xəbər verir ki, xəbərdə Kreml rəsmisinin açıqlamalarına əsaslanaraq, Putinin maşınının sol ön təkərinin olduğu əraziyə bomba qoyulduğu, tüstünün qalxdığı anlarda Rusiya liderinin avtomobildən ehtiyat kortejə aparıldığı bildirilib.
Təhlükəsizlik xidməti tərəfindən çoxsaylı həbslərin olduğu deyilir.
Hələlik Kremldən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.