Fransa prezidenti Emmanuel Makron Ermənistan prezidenti Vaaqn Xaçaturyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Makron məktubunda Ermənistanın demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdə Fransanın tam dəstəyinə arxalana biləcəyini bildirib.
O, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qaldığını və hər iki xalqın mənafeyi üçün əlindən gələni etdiyini bildirib: "Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa İttifaqının səylərini dəstəkləyir. Bu baxımdan, siz mənim xalqlarımızın mənafeyi üçün çalışdığımı, şəxsi sadiqliyimə arxalana bilərsiniz”.