Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"ABŞ Ukrayna ərazilərini Rusiyanın bir hissəsi kimi heç vaxt tanımayacaq”

"ABŞ Ukrayna ərazilərini Rusiyanın bir hissəsi kimi heç vaxt tanımayacaq”

ABŞ referendumların nəticələrinə görə Ukrayna ərazilərinin Rusiya Federasiyasına daxil olmasını heç vaxt tanımayacaq.

 

"Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Prezident Co Bayden bildirib.

"ABŞ heç vaxt Ukrayna ərazilərini Rusiyanın bir hissəsi kimi tanımayacaq. Rusiya referendumları uydurmadır, Ukraynanın bəzi ərazilərini güc yolu ilə ilhaq etməyə cəhd üçün saxta bir bəhanədir və bu, beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin kobud şəkildə pozulması deməkdir", -deyə Bayden vurğulayıb.

ABŞ lideri ölkəsinin müttəfiqləri ilə birgə Rusiyaya qarşı əlavə iqtisadi tədbirlər üzərində çalışacağını deyib. Bayden onu da əlavə edib ki, Vaşinqton Kiyevə hərbi yardımı davam etdirəcək.