ABŞ-ın “The New York Times” qəzetində Metyu Mpok Biqqanın “Ermənistan və Azərbaycan arasında münaqişəni anlamağa cəhd edərkən” sərlövhəli məqaləsi dərc olunub.
Bizim.Media xəbər verir ki, məqalədə münaqişənin ötən həftə baş verən növbəti gərginləşməsindən bəhs edilir.
Müəllif məqalənin əvvəlində ABŞ-ın gərginliyin nizamlanması istiqamətində diplomatik səylərindən, xüsusən Nyu-Yorkda dövlət katibi Entoni Blinkenin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə XİN başçıları arasında birbaşa danışıqların təşkili məqsədi daşıyan görüşlərindən yazır.
Görüş ötən həftə iki ölkə arasında ümumilikdə yüzlərlə hərbi qulluqçunun həlak olduğu hərbi əməliyyatlardan sonra baş tutub. Gərginlik səngiyib, lakin yüksək səviyyədə keçirilən görüş qarşıdurmanını səbəblərinin aradan qaldırılmadığını əks etdirir.
Məqalədə qeyd olunur ki, Rusiya Ermənistanın çoxdankı himayədarıdır, NATO-nun üzvü olan Türkiyə isə 2020-ci il müharibəsində Azərbaycanı dəstəkləyən əsas müttəfiqidir.
Lakin amerikalı diplomatlar vasitəçi neytrallığını qorumağa cəhd göstərsələr də, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi öz dəstəyini göstərmək və “bu yaxınlardakı zorakılığın azərbaycanlılar tərəfindən törədildiyini” bəyan etməkdən ötrü ötən həftəsonu Ermənistana səfər edərək, vəziyyətə “qarışdı”.
Müəllif vurğulayır ki, bu səfər cari ilin noyabrında keçiriləcək aralıq seçkilərindən əvvəl Pelosinin siyasi gedişi kimi qəbul olundu. Onu Konqresin erməni mənşəli iki üzvü müşayiət edirdi.
Məqalədə daha sonra deyilir ki, “münaqişə” onilliklər boyu mübahisəli olan region ətrafında cəmlənib. “Qarabağın dağlıq vilayəti” Ermənistan və Azərbaycan arasında uzun müddətdir müzakirə mərkəzindədir.
Beynəlxalq səviyyədə Azərbaycanın etnik erməni əhalisinin üstünlük təşkil etdiyi bir hissəsi kimi tanınan bu region sovet dövrünün sonunda müstəqilliyini elan edib. Ermənistan və Azərbaycan arasında baş verən çoxillik müharibə nəticəsində on minlərlə insan həlak olub və yüz minlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
1994-cü ildə atəşkəs barədə sazişdən sonra Azərbaycanın hüquqi hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Ermənistanın nəzarəti altına keçib. 2020-ci ildə Azərbaycan Türkiyənin güclü dəstəyi ilə və zərbə dronlarından istifadə etməklə Qarabağın böyük hissəsini və ona bitişik rayonları geri alıb.
Metyu Mpok Biqqa qeyd edir ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs nəticəsində ərazilərin böyük hissəsi Azərbaycanda qaldı, erməni qoşunları geri çəkildi və oraya yaxşı silahlanmış Rusiya sülhməramıları daxil oldu.
Müəllif analitiklərə istinadla vurğulayır ki, indi Azərbaycan Ermənistanın “Dağlıq Qarabağ” üzərində Azərbaycanın suverenliyini tanımasını və digər güzəştlərə getməsini israr edir.
Müəllif yazır ki, lakin münaqişənin son gərginləşməsi başqa yerdə baş verdi. Hər tərəf bu hərbi əməliyyatların necə başlanmasını özünə görə interpretasiya edir. Ermənistan bəyan edib ki, Azərbaycan “hücum edib” və 105 erməni hərbi qulluqçusu öldürülüb, 6 mülki vətəndaş isə yaralanıb.
Azərbaycan isə bildirib ki, onun hərbi əməliyyatları Ermənistan tərəfindən olan təxribata “cavab tədbirləridir”. Münaqişənin özəyinin hələ də “Dağlıq Qarabağ” olmasına baxmayaraq, bu dəfə döyüş əməliyyatları bilavasitə iki ölkə arasında delimitasiya olunmamış sərhəddə baş verdi.
Birləşmiş Millətlər Təşkilatı bəyan edib ki, sentyabrın 12-də iki ölkə arasında olan sərhəd boyunca artilleriya və pilotsuz uçuş aparatlarından istifadə olunmaqla ağır döyüşlər qeydə alınıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi “ehtimal edilən sərhəddə” baş verən “insident” barədə danışıb, Ermənistan isə bəyan edib ki, Azərbaycan Ermənistan ərazisindəki üç şəhərə hücum edib.
Müəllif hesab edir ki, Azərbaycan öz tələblərində israrlıdır, Ermənistan isə görünür, vaxt uzadır. Ermənistanın baş naziri Nikol Paşinyan sazişi imzalamaq niyyətində olduğunu bildirmişdi, lakin onun daxili opponentləri razılaşmanı pisləyərək, onu “satqınlıq” adlandırdılar. Paşinyan artıq bir dəfə, 2020-ci ildə atəşkəsdən sonra kütləvi qəzəblə rastlaşmışdı.
Azərbaycanın üç tələbi var: Ermənistanın Qarabağa olan iddialarından imtina etməsi, dövlətlərarası sərhədlərin onun şərtləri çərçivəsində demarkasiyası və Naxçıvan anklavına, Azərbaycanı həmçinin Türkiyə ilə birləşdirəcək hələ tikilməmiş avtomobil və dəmir yolu dəhlizinin təhlükəsizliyinə nəzarət.
Bu, Rusiya və Türkiyə üçün incə vəziyyətdir. Bu müzakirədə Rusiyanın iki rolu var: neytral vasitəçi və eyni zamanda, Ermənistanın təhlükəsizliyinin qarantı. Birinci rolu ona ikinci rolu ilə bağlı ittihamlardan yayınmağa imkanı verib.
Əgər vəziyyət kəskinləşərsə, o halda ikili rolunu qoruyub saxlamaq Moskva üçün çətin olacaq. Karnegi Fondunun baş elmi işçisi Stronski xatırladır ki, 2020-ci ildə tərəfləri ayıran xəti Azərbaycanın ərazisindən keçib. İndi “erməni və azərbaycanlı hərbçilər hələ də demarkasiya olunmayan dövlət sərhədində praktik olaraq üz-üzə dayanıblar.
Dünya gücləri sülhə səsləyirlər. Lakin onlara həm də təbii qaz lazımdır. ABŞ-ın dövlət katibi Entoni Blinken bu həftə hər iki tərəfi danışıqlara qayıtmağa və bundan sonrakı hərbi əməliyyatlardan imtina etməyə çağırıb.
Vaşinqton Cənubi Qafqaza və keçmiş sovet imperiyasının digər dövlətlərinə təsir göstərməyə çoxdan cəhd göstərir.
Eyni zamanda Avropa İttifaqı sülh sazişinin bağlanması üzrə səylərini davam etdirir. Ermənistan və Azərbaycan liderləri Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə bir neçə danışıqlar raundu aparıblar.
Bununla yanaşı, Avropanın vəziyyəti onunla mürəkkəbləşib ki, o, Ukraynada müharibə səbəbindən Rusiya idxalı itkisini kompensasiya etməkdən ötrü indi əlavə təbii qaz tədarükü axtarır. İyulun ortalarında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyev ilə saziş imzalamaq üçün Azərbaycanda səfərdə olub.
Metyu Mpok Biqqa məqaləsini bu sözlərlə bitirir ki, Lyayen səfər zamanı Azərbaycan “etibarlı, etimada layiq tərəfdaş” olduğunu bəyan edib.
Bizim.Media
“The New York Times” Ermənistanla Azərbaycan arasındakı gərginlikdən yazdı
-
23:46Falçı Bakıya "sürət karqo" vasitəsi ilə qurd yağı göndərdi - Qadının əri evdən qaçdı
-
20:47“Titanik” filminin əfsanəvi ulduzları 27 İL SONRA
-
16:39Acun və şirkətləri haqqında istintaq başladıldı
-
16:38"Nə qədər səviyyəsiz musiqiyə sponsorluq etmək olar?"
-
16:36"Fatma Mahmudova beyin infarktı keçirib"
-
02:02Bir həftədə ikinci fotosessiyasını təqdim etdi - FOTOLAR
-
19:08“Narahat olmayın, hesabım qayıdacaq və mübarizəmi davam edəcəyəm” - Qənirə Ataşova
-
15:23İlin son ayı bu 3 BÜRCƏ xoşbəxtlik gətirəcək - Dekabrın ən şanslıları
-
19:23MMA döyüşçüsü Vüqar Kərəmovdan 28 SANİYƏYƏ QƏLƏBƏ
-
17:47Azərbaycanda evlənmək istəyənlərin sayı azalıb - ŞOK STATİSTİKA
-
14:57Müasir estradamızın banisinin özəl günü - POP DİVAYA HƏSR OLUNUR
-
14:37“Rafet El Roman istəyirdi ki, adı mənimlə hallansın” - Pərvin Abıyeva
-
00:00"İlhamə Quliyevanın bankda 380 mini və bir seyf qızılı qaldı"
-
15:37“Kainat gözəli” o seçildi - FOTOLAR
-
00:51"İlk insanların ayaqqabısına baxıram, sonra ağlına”
-
14:57Xatundan fərqli FOTOLAR
-
04:20"Tanışlarınızın səsini eşitmədən pul yollamayın" - Elnarədən xəbərdarlıq
-
19:20“Ən seksual türk qadını” seçildi - ORTALIQ QARIŞDI
-
14:25Məhəmməd Peyğəmbərin nəslindən olan şahzadənin misilsiz zümrüdü rekord qiymətə satıldı - FOTOLAR
-
12:19"Ona dəyən daş mənə dəysin" - Keçmiş həyat yoldaşından danışdı
-
14:12Yeni ildə ardıcıl 6 gün iş olmayacaq - RƏSMİ
-
22:10Efirdəki həmin sürprizə görə cəzalandırıldılar
-
19:03"Arzuları ürəklərində qaldı" - XATUN İNSTAQRAMINI QAYTARDI
-
12:46“Burnum və üst dodağımdan başqa üzümdə estetik yoxdur” - VİDEO
-
19:11Ərdoğan və xanımı Prezidentin ailə üzvləri ilə görüşdü - FOTOLAR
-
18:32Prezident ailəsi COP29-da - FOTOLAR
-
12:08“Yaşayan ən seksual kişi” seçildi - FOTOLAR
-
23:42Leyla Əliyeva gündəm olan balina ilə bağlı video paylaşdı
-
20:27Leyla və Arzu Əliyevalar sərgidə - FOTOLAR
-
17:58Mehmet Əli Ərbil və Sertar Ortaçın məhkəmə gətirilmə anı
-
15:28Mehmet Ali Erbil saxlanıldı, Serdar Ortaç axtarılır!
-
21:24Bələdiyyə sədri Ebruya 69 milyon göndərib
-
12:59Nura Arzu və Leyla Əliyeva ilə bir arada - FOTOLAR
-
23:0221 yaşlı qız planetin ən gözəl qızı seçildi - FOTOLAR
-
17:28“Kişilik edən axıra kimi edər! Manipulyasiya edib, başına vurmaz!” - RAZİDƏN ƏRİNƏ CAVAB
-
16:30“Heç vaxt inanmazdım ki, qızım müğənni ilə evlənər“
-
14:49Naina İbrahimova Azərbaycanı gözəllik yarışmasında təmsil edəcək
-
23:45Laçında Zəfər Gününə həsr olunan tədbirdən - FOTOLAR
-
17:10Prezident ailəsi ilə Zəfər parkında - FOTOLAR
-
15:32Bayrağımız "Ginnesin rekordlar kitabı"na düşüb
-
12:31Prezident oğlu ilə Bayraq Meydanında - FOTOLAR
-
00:31Bu gün Azərbaycan Zəfər Gününü qeyd edir
-
22:58“Şəxsi həyat macəraları dillər əzbəri olan qadın niyə efirdə ekspert olsun?”
-
17:51İlhamə Quliyevanın bacısı telekanalları məhkəmə ilə hədələdi - QADAĞA
-
17:48Nigar Rüfət tibb işçisi deyilmiş - RƏSMİ
-
11:40“Toylarda geyinənlər yox, soyunanlar çox pul qazanır”
-
00:14Mahir Emrelinin sevgilisi kimdir? - FOTOLAR
-
19:24Trampı yenidən "Ağ Ev"ə, prezident kürsüsünə qaytaran ÜÇ ƏSAS SƏBƏB
-
17:14Xatunun instaqramı sifarişlə bağlanıb? “QANUN QARŞISINDA CAVAB VERƏCƏK!”
-
19:56"Anamın etmədiyini sən mənə etdin" - XƏRÇƏNGDƏN MÜALİCƏ İLLƏRİNİ XATIRLADI
-
12:56Paytaxtda çalışanların orta aylıq nominal əməkhaqqı 1258,9 manatdır
-
12:44Nanə Ağamalıyevanın Çin tətilindən - FOTOLAR
-
23:30Qurban Qurbanovun oğlu nişanlandı
-
22:13“Siqaret çəkmək sağlamlığınıza ziyandır” - Nadir Qafarzadə
-
23:44“Rayon qeydiyyatında olanlar Bakıya buraxılmayacaq?” sualına - RƏSMİ CAVAB
-
13:21Samirə Əfəndi Avropa turuna çıxıb İLK İSPANİYADAN BAŞLADI
-
02:27Rəşad İlyasovdan doğum günündə YENİ FOTOLAR
-
22:13Mehriban Əliyeva qızları və gəlini ilə açılışda - FOTOLAR
-
17:23“Oğlumun pnevmaniya olmağından xəbərsiz idim”
-
12:34Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü
-
12:0013 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər edən müəllimə qarşı ittiham sübuta yetirildi - HƏBS EDİLDİ
-
20:41Bazar günü bu yollar üç saatlıq bağlanacaq - SİYAHI
-
17:42“Bu ölkədə bircə Aygün Kazımova yaradıcılıqla məşğuldur. Səhnə aşiqi. O da cibindən xərcləyir"
-
20:44Canlı efirdə üçüncü övladı olacağını öyrəndi
-
19:15“Kişi azad məxluqdur” fikri Rövşanə Ağasəfqızını əsəbləşdirdi EFİRDƏ GƏRGİNLİK
-
09:00“1 mahnıdan o qədər pul qazandım ki, özümə maşın aldım” - Elgiz
-
23:31"Allah hər şeyi Doğuşa verib, qısqanıram" - Xoşqədəm Hidayətqızı - FOTOLAR
-
14:23Bu gündən İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırıldı
-
23:30Leyla Əliyeva həmin evdə qonaq oldu - FOTOLAR
-
22:38Hadisə 39 yaşını belə qeyd etdi FOTOLAR
-
16:58Nagehan Fəridin xəyanətini bağışlamasından yazdı
-
13:59"Don geyinməklə deyil, xanımlığınız olsun" - Fədayə Laçın
-
18:25Tuneldə boğularaq ölən Elnurun FOTOSU
-
15:47"Yağış dövlət büdcəsini talayan qurumları su üzünə çıxardı“
-
12:35Fərqanə Qasımova tənqidlərə belə reaksiya verdi
-
18:18Sevda Ələkbərzadə dələduz icra başçısını biabır etdi - “Atamın da üzünə belə durub bu “kişilər”
-
17:02Telegramda yayılan yeni fırıldaq növü barədə XƏBƏRDARLIQ
-
13:04Şuşada ilk körpə doğuldu - FOTOLAR
-
16:12Bu il Azərbaycanda 11 erkən nikahın qarşısı alınıb - RƏSMİ
-
14:00İnstaqramdan qadağalar və yeniliklər
-
01:39Rozanın mahnısı xarici dövlətlərin musiqi hit paradlarında - VİDEO
-
01:17Bu dəfə Xatunu ulduz yox, evdar xanım kimi görək - FOTOLAR
-
21:40Tağı Əhmədov dünyasını dəyişdi
-
17:51"Kişi pul qazanırsa, qoy, xəyanət etsin" QALMAQALLI SÖZLƏR
-
15:13"Daha əxlaqlı bir nəsil üçün TikTok bağlansın" - Xatun
-
14:12Sadiq Musayev İspaniyada keçirilən çempionatdan medalla döndü
-
11:39Aygün Kazımova obrazı ilə nağıl pərilərini xatırlatdı FOTOLAR
-
21:54İki nəfər öldürüldü, biri yaralandı - Qəbələdə dəhşət
-
17:39Ülviyyə Xəlilbəyli “Yalı çapkını”da Afra və Mert ilə görüşməsindən danışdı - VİDEO
-
00:39Bəstəkarlar İttifaqının 90 illiyi Şuşada qeyd olundu
-
00:1820 yaşlı qız Türkiyənin ən gözəl qızı seçilib FOTOLAR
-
22:23Noyabr ayında varlanacaq bürclər
-
22:15“Toydan 28 min dollar şabaş yığdım. Röya isə 45 min dollara…” - VİDEO
-
17:01Qeyri-etik paylaşımlar edən tiktoker “Ramin yeraz” həbs olundu
-
16:25“Mənə oğul lazımdır?” deyən “tiktokçu” qadın CƏRİMƏLƏNDİ
-
12:59Mübariz İbrahimovun atası dünyasını dəyişdi
-
12:36Bloqer Cəmil qadınları görüntüləri ilə şantaj edirmiş - 6 il həbs verildi
-
22:31Elzadan Elçinə sərt sözlər!
-
13:25Orta aylıq maaş 997 manat 10 qəpiyə çatıb
-
21:55Elvin Babazadə son layihəsinə 20 min manat xərcləyibmiş…
Həftənin çox oxunanları