Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Vahid Ələkbərov Rusiyada məhkəməyə verildi

Vahid Ələkbərov Rusiyada məhkəməyə verildi

Moskva meriyası “Lukoyl” şirkətinin keçmiş prezidenti, Azərbaycanəsilli biznesmen Vahid Ələkbərov barəsində məhkəməyə müraciət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası yayıb.

Məlumata görə, buna səbəb Vahid Ələkbərovun Moskvanın mərkəzində çoxmərtəbəli evin dam hissəsində tikinti işlərinə başlaması olub.

Şəhər rəhbərliyi damda həyata keçirilən genişləndirmə işlərinin dayandırılmasını tələb edir.