Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətini və hərbi vasitələrini daşıyan “UAZ” markalı avtomobil özləri tərəfindən Cermuk (İstisu) istiqamətində basdırılan minaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Novosti Azerbaydjana” teleqram kanalı yayıb.
Hadisənin bu gün günorta saatlarında baş verdiyi bildirilir.
Məlumata görə, hadisə nəticəsində erməni hərbçilər arasında ölən və yaralananlar var. Avtomobil isə yararsız hala düşüb.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin oktyabrın 13-ü yaydığı məlumata görə, Ermənistan ordusunun mayoru Sarıbek Eqoyan minaya düşərək ölüb. Hadisə dünən saat 18:30 radələrində baş verib.