Rusiyada səfərbərliyə çağırılan kişilər kütləvi şəkildə taroloqlara və numeroloqlara müraciət etməyə başlayıblar.
Məlum olub ki, son üç həftə ərzində kişilər taroloqlara və numeroloqlara dəfələrlə müraciət ediblər. Onlar əsasən səfərbərlik və hərbi əməliyyatlar kontekstində gələcəkləri ilə maraqlanırlar. Potensial çağırışçılar kartlar və rəqəmlərin köməyilə evlərinə sağ-salamat qayıdıb-qayıtmayacaqlarını bilmək istəyirlər.
Rusiyanın bir neçə şəhərindən olan baxıcılar onlara artan müraciətlərdən danışıblar. Eyni zamanda bütün taroloqlar və numeroloqlar etiraf ediblər ki, kişilər üçün "səfərbərlik kartları”na baxmaqdan imtina edirlər, çünki bu yolla "mənfi hadisələri görəcəklərindən” ehtiyatlanırlar. Bu onunla bağlıdır ki, taroloqlar müştərilərinin başına gələcəkdə xoşagəlməz hadisələrin gələcəyindən qorxurlar və bunu onlara demək istəmirlər.
Bundan əlavə onlar qeyd ediblər ki, bu qəbildən iş mənəvi baxımdan çox ağırdır və ciddi emosional hazırlıq tələb edir.
///oxu.az