Məşhur rusiyalı aparıcı Kseniya Sobçak oktyabrın 25-dən 26-na keçən gecə Rusiyanı tərk edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı hüquq-mühafizə orqanlarına istinadən “TASS” yayıb.
Məlumata görə, Sobçak Belarusdan Litvaya gedib.
Bildirilir ki, o, əməliyyatçıları aldatmaq üçün internet vasitəsilə ilk olaraq Dubaya, daha sonra isə Türkiyəyə bilet alıb.
Qeyd olunur ki, müstəntiqlərin əlində Sobçakın saxlanması barədə qərar olub, lakin o qaça bilib.
Xatırladaq ki, bu gün Sobçakın Moskva vilayətində yerləşən bağ evində axtarışaparılıb. Bunun Sobçakın kommersiya direktoru Kirill Suxanov barəsində hədə-qorxu ilə tələb etmə maddəsi ilə başladılan iş çərçivəsində aparıldığı bildirilib.