Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bu ölkə Rusiyaya qarşı sanksiyaları geri götürdü - SƏBƏB

Bu ölkə Rusiyaya qarşı sanksiyaları geri götürdü - SƏBƏB

Hollandiya Rusiyaya qarşı sanksiyaları geri götürüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Hollandiya Rusiyaya qarşı sanksiyaları geri götürüb.

Bu barədə Hollandiya rəsmiləri məlumat yayıb. 

Belə ki, Hollandiya Rusiya bayrağı altında üzən 34 gəmiyə tətbiq edilən sanksiyaları aradan qaldırıb və onların Hollandiya limanlarına girişinə icazə verib.

Dondurulan 13 Rusiya aktivi sahiblərinə qaytarılıb. 

Reklamınızı SmartBee ilə effektiv edin.

25 Hollandiya şirkətinə Rusiyanın qaz nəhəngi "Qazprom"dan təbii qaz və enerji sövdələşməsinə icazə verilib.

150 Rusiya vətəndaşına, şirkətlərə, bələdiyyələrə, qurumlara və təhsil müəssisələrinə qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılıb. 

13 qeyri-hökumət təşkilatına qarşı sanksiyalar ləğv edilib.

Sanksiyaların ləğvinə səbəb qarşıda qışın gəlməsi və qaza daha çox ehtiyacın olmasıdır.

Qeyd edək ki, fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra bir çox dünya dövlətləri, o cümlədən 27 Avropa Birliyi ölkəsi Rusiyaya qarşı iqtisadi sanksiyalar və embarqolar tətbiq etmək qərarına gəlmişdi. Rusiya isə bu sanksiyalara cavab olaraq təbii qaz nəqlini bağlamışdı.