Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Həzrəti Yusif” serialının Züleyxası HƏBS EDİLDİ

“Həzrəti Yusif” serialının Züleyxası HƏBS EDİLDİ

İranın məşhur aktyorları Henqame Qaziani və Katayun Riahi etiraz hərəkatı ilə həmrəylik ifadə etdikdən və ictimai yerlərdə hicablarını açdıqdan sonra həbs ediliblər.

Bu barədə ölkənin İRNA xəbər agentliyi məlumat yayıb. Qeyd olunub ki, Riahi sentyabr ayında hicabsız Londonda yerləşən İran Televiziyasına müsahibə verdikdən sonra həbs olunub. 

Qaziani isə etirazçılara qarşı repressiyaların kəskin tənqidçisi olub və iğtişaşları qızışdırdığına, müxalifət mediası ilə əlaqə saxladığına görə həbs edilib.

Qeyd edək ki, Katayun Riahi Azərbaycanda kifayət qədər populyar olan “Həzrəti Yusif” serialında Züleyxa obrazını canlandırıb.