iPhone istehsalını dayandıra bilər.
"Apple”ın Çindəki tədarükçüsü olan Foxconn fabrikindəki münaqişədən sonra texnologiya nəhəngi indi iPhone istehsalında ciddi təhlükə ilə üz-üzədir.
Şirkət işçilərinin sözlərinə görə, Foxconn problemi işçilərinə maaş verməklə həll etməyə çalışsa da, "Apple”ın əsas istehsal mərkəzi olan Zhengzhouda baş verən qarışıqlıq bu il 6 milyon iPhone Pro-nun istehsal çatışmazlığına səbəb ola bilər.
Qeyd edək ki, Foxconn müəssisəsi bu il "Apple”ın ən çox tələb olunan telefonlarının böyük əksəriyyətini, iPhone 14 Pro və Pro Max cihazlarını istehsal edib. Bu premium telefonlar adi iPhone 14 modellərinə tələbatın azalması ilə nəticələnib. Ancaq indi görünən odur ki, texnologiya nəhəngi fabrikdə yaşanan problemlər səbəbindən daha az istehsal edəcək.
"Bloomberg News”un məlumatına görə, "Apple” 90 milyon ədəd olan ümumi istehsal hədəfini təxminən 87 milyon ədədə endirib.