Meksikada quyruqlu uşaq dünyaya gəldi
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Meksikada dünyaya gələn körpə tibb dünyasını təəccübləndirib. Nuevo Leon şəhərindəki xəstəxanada əsl 5,7 santimetr quyruğu olan körpə doğulub. Həkimlər körpənin valideynlərinin çox sağlam olduğunu və doğuş zamanı heç bir problem olmadığını bildiriblər.
Həkimlər 5,7 santimetr əsl quyruğu ilə dünyaya gələn körpənin ana və atasının çox sağlam olduğunu, quyruğunun doğuşdan 2 ay sonra cərrahi yolla çıxarıldığını bildiriblər. Həmin gün evə buraxılan körpədə həkimlər başqa xəstəlik aşkar etməyiblər.
Araşdırmaya görə, meksikalı körpənin onurğa sütunu düzgün formalaşmadığı üçün quyruğu olub. Beyin, ürək, eşitmə və sidik analizləri edilən yeni doğulan körpənin sağlam olduğu və quyruğu sıxılan zaman ağlamağa başladığı bildirilib.
Günel