Noyabrın 29-u axşam Filippində “Miss Earth 2022” müsabiqəsinin finalı baş tutub.
86 ölkənin nümayəndəsinin iştirak etdiyi yarışda Cənubi Koreyalı iştirakçı Mina Sue Çoi qalib olub.
Mina Sue Choi, həmçinin, axşam paltarı və çimərlik geyimi yarışları da daxil olmaqla, müsabiqə öncəsi tədbirlərdə bir neçə medal qazanıb.
86 iştirakçı arasından daha üç kraliça seçilib və onlar müsabiqənin üç elementi adına layiq görülüblər: “Miss Fire 2022”- Kolumbiyadan Andrea Aguilera, “Miss Water 2022” - Fələstinli Nadine Ayub və “Miss Air 2022” – Avstraliyadan Şeridan Mortluk.