İranda əxlaq polisi ləğv edilib.
Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
İranın Baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, bu, İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib.
Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən Məhsa Aminin həbs edilməsi və qəfil ölümündən sonra etiraz dalğası başlamışdı.