İlon Mask dünyanın ən varlı adamı titulunu itirib.
Bununla bağlı “Forbes” dərgisi məlumat yayıb.
Belə ki, “Louis Vuitton” brendinin baş direktoru Bernard Arnault dünyanın ən varlı insanı seçilib. O, 185,4 milyard dollarlıq sərvətə sahibdir.
Qeyd edək ki, Maksın bu titulu itirməsinə səbəb tviteri almaq üçün 44 milyard dollar pul xərcləməsidir.