"Vaşinqton və Paris ATƏT-in Minsk qrupunu beynəlxalq platforma kimi "dəfn ediblər”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Qərbin dağıdıcı xətti Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair Cenevrə müzakirələrinin işinə də təsir edib.
Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da oxşar məzmunlu açıqlama vermişdi.