"Rusiya rəhbəri Putinin bütün dünyaya yayılmış hərbçilərini Ukraynaya yönəltməsi onun necə ağır məblubiyyətə düçar olduğunun göstəricisidir".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim Xalqın Xidmətçisi Partiyasından olan deputatı Svystoslav Yuraş Rusiyanın Cənubi Qafqazdakı hərbçilərinin ölkəsinə qarşı döyüşə cəlb olunması barədə danışarkən deyib.
"O, Ukraynanı məhv etməklə bağlı köhnə arzusunu həyata keçirməyə çalışır, amma buna müyəssər olmur. Nə peşəkar ordu qüvvələri, nə "Vaqner” silahlıları ilə bunu etmək mümkün deyil. Hələ Cənubi Qafqazda xidmət edənləri də cəlb etməklə hazırda Rusiya səylərini artırmaq üçün əlindən gələni edir. O, buna nail olmayacaq, çünki Putin nə edirsə etsin, biz öz Vətənimizi qoruyacağıq", - o bildirib.