SSRİ Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Mixail Moiseyev vəfat edib.
Bu barədə Rusiya mətbuatı xəbər dərc edib.
Məlumata görə, Moiseyev dekabrın 18-də 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Moiseyev 1990-cı ilin 20 yanvarında Bakıda Sovet qoşunlarının törətdiyi qırğınlar zamanı SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsində olub.