Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

ABŞ-dan Nüsrətə QADAĞA!!!

ABŞ-dan Nüsrətə QADAĞA!!!

ABŞ “Nusr-Et” brendinin yardıcısı, türkiyəli iş adamı Nüsrət Gökçənin futbolla bağlı açıq  kubok mərasimlərinə qatılmasını qadağan edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dünya çempionatında futbolçularla şəkil çəkdirməsi ilə gündəmə gələn Nüsrətin hərəkətlərinə görə FİFA mənfi reaksiyalar alıb.

Bu səbəbdən də Nüsrətin ABŞ futbol turnirlərində iştirak etməsi qadağan edilib.

Həmçinin, onun ABŞ-də baş tutan futbolla bağlı açıq finallara da çıxması yasaqlanıb.

Qeyd edək ki, Nüsrət Gökçə Qətərdə keçirilən dünya çempionatında çempionluq qazanan Argentinanın kapitanı Lionel Messi ilə şəkil çəkdirdiyi anlar sosial mediada gündəm olub.

Nüsrət final matçının son fiti səslənəndən sonra meydançaya enərək argentinalı futbolçuların yanına gedib, Dünya Kuboku ilə pozalar verib.

Kubok mərasiminin diqqət mərkəzində olan və izdiham arasında təbrikləri qəbul edən argentinalı futbolçu ilə şəkil çəkdirmək istəyən Nüsrət ulduz futbolçunu rahat buraxmayıb. Onun israrlı bir şəkildə foto çəkdirmək istəməsi Messini narahat edib.