Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Cin girdiyinə görə 3 uşağını öldürdü - ŞOK HADİSƏ

Cin girdiyinə görə 3 uşağını öldürdü - ŞOK HADİSƏ

“Cin girdiyi”ni iddia edib üç uşağı öldürən Yekaterinburq sakininin qonşuları rusiyalı qadının mənzilindən yüksək səslə dua eşitdiklərini deyiblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, qonşuların dediyinə görə, ailənin davranışında bəzi qəribəliklər olub. Belə ki, ötən həftəsonu mənzildən gur dua eşidilib.

“Məni təəccübləndirdi. Günün ortasında bütün ailə tərəfindən dualar oxundu. Evə yorğun gəldim və yatağa uzandım. Onların duaları məni narahat etmədi. Amma bu qəribə idi”, – qadınla eyni mərtəbədə yaşayan qonşu deyib.

Dekabrın 26-da 15 və 10 yaşlı iki oğlanın, həmçinin beş aylıq qız uşağı öz anasının qətlə yetirdiyi məlum olub. İlkin məlumata görə, anası onları məftillə boğub. Bundan bir qədər əvvəl o, qohumlarına mesaj göndərərək, guya uşaqların içərisinə cinlərin keçdiyini bildirib.