Ermənistanda cari mövsüm zamanı 2 nəfər “donuz qripi”ndən (H1N1) ölüb.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
Məlumata görə, hər iki şəxsin 35 yaşı olub.
Bununla yanaşı, qeyd olunur ki, hazırda Ermənistanda 209 nəhər pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan 127-si uşaqdır.